Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə məlumat yayıb

Sağlamlıq
  • 24 dekabr, 2019
  • 08:22
Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə məlumat yayıb

Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə məlumat yayıb. 

Nazirlikdən "Report"a bildirilib ki, körpənin vəziyyəti normaldır. 

"Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti barədə xəstəxanadan bildiriblər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda həkimlərin nəzarəti altındadır.

Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib", - nazirlikdən bildirilib. 

44 filmi