Səhiyyə Nazirliyi: COVID-19 xəstələrinin əksəriyyətində ağciyərlər zədələnmir

Səhiyyə Nazirliyi: COVID-19 xəstələrinin əksəriyyətində ağciyərlər zədələnmir “COVID-19 xəstəliyi olan şəxslərin əksəriyyətində ağciyərlər zədələnmir. Xəstəlik belə əksər xəstələrdə və daşıyıcılarda simptomsuz və ya yüngül əlamətlərlə keçir”.
Sağlamlıq
1711
20 İyul , 2020 17:55
Səhiyyə Nazirliyi: COVID-19 xəstələrinin əksəriyyətində ağciyərlər zədələnmir

“COVID-19 xəstəliyi olan şəxslərin əksəriyyətində ağciyərlər zədələnmir. Xəstəlik belə əksər xəstələrdə və daşıyıcılarda simptomsuz və ya yüngül əlamətlərlə keçir”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Virus tənəffüs yollarının yuxarı hissəsində olduğuna görə orada yaxma götürülən zaman aşkarlana bilər. Beləliklə, koronavirusa yoluxmuş insanların əksəriyyətində kompüter tomoqrafiyasında bir dəyişiklik olmayacaq”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi