Səhiyyə Nazirliyi ATU-nun tələbələrinə diplomaqədər müddətdə işləməyə icazə verib

Səhiyyə Nazirliyi ATU-nun tələbələrinə diplomaqədər müddətdə işləməyə icazə verib Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) yuxarı kurs tələbələri bundan sonra universitetin klinikalarında və bir sıra müalicə müəssisələrində orta tibb təhsili işçi vəzifələrində işləyə biləcəklər.
Sağlamlıq
22 May , 2018 11:53
Səhiyyə Nazirliyi ATU-nun tələbələrinə diplomaqədər müddətdə işləməyə icazə verib
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) yuxarı kurs tələbələri bundan sonra universitetin klinikalarında və bir sıra müalicə müəssisələrində orta tibb təhsili işçi vəzifələrində işləyə biləcəklər. 

Universitetdən "Report"a verilən məlumata görə, bu barədə ATU-nun rektoru Gəray Gəraybəylinin Səhiyyə Nazirliyinə müraciətinə cavab məktubunda bildirilib. 

Məktubda qeyd olunub ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 46-cı maddəsinə əsasən, ali tibb və əczaçılıq təhsilinin başa vurmamış şəxslər müvafiq icra hakimiyyətinin müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Odur ki, Səhiyyə Nazirliyi ATU tələbələrinin bu vəzifələrdə işləməsinə icazə verib.

Məlumata görə, müalicə profilaktika fakültəsinin tələbələri 3-cü kursu bitirdikdən sonra stomatologiya, ictimai səhiyyə və əczaçılıq tələbələri isə 4-cü kursu bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin klinikalarında və universitetin bazası olan müalicə müəssisələrində müvafiq orta tibb təhsilli işçi vəzifələrində (diplomaqədər) işə qəbul oluna bilərlər.

Son xəbərlər

Orphus sistemi