Səhiyyə Assambleyası 2028-ci ilə qədər 11,1 milyard dollarlıq strategiyanı təsdiqləyib

Səhiyyə Assambleyası 2028-ci ilə qədər 11,1 milyard dollarlıq strategiyanı təsdiqləyib Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr pandemiyanın qarşısının alınması üçün müqavilə üzərində işi davam etdirmək qərarına gəliblər.
Sağlamlıq
29 May , 2024 04:33
Səhiyyə Assambleyası 2028-ci ilə qədər 11,1 milyard dollarlıq strategiyanı təsdiqləyib

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr pandemiyanın qarşısının alınması üçün müqavilə üzərində işi davam etdirmək qərarına gəliblər.

“Report” xəbər verir ki, bu barədə ÜST-nin Cenevrədəki baş qərargahı məlumat yayıb.

ÜST-yə üzv ölkələr iyunun 1-də başa çatacaq Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası zamanı pandemiya ilə bağlı sazişin bağlanma vaxtı, formatı və prosesini razılaşdırmaq üçün işi davam etdirmək barədə razılığa gəliblər.

Assambleyaya dəvət olunmuş 194 dövlətin nümayəndələri əvvəlcə mayın 28-də pandemiya sazişi layihəsinin gündəliyindəki məsələyə baxıblar. Nümayəndələr 2021-ci ilin dekabrından hökumətlərin COVID-19-un yaratdığı qlobal sağlamlıq vəziyyətinin təkrarlanmasının qarşısını almaq üçün dünyada ilk pandemiya sazişinin hazırlanması prosesinə başladığı vaxtdan bəri Hökumətlərarası Danışıqlar Orqanının gördüyü geniş işi yüksək qiymətləndiriblər.

Ölkələr ədalət, suverenlik, hazırlıq və reaksiya prinsiplərinə əsaslanan, gələcək nəsillərin qaçılmaz pandemiya təhlükəsindən qorunmasını təmin edən belə bir sazişə dünyanın ehtiyac duyduğunu təsdiqləyiblər.

Assambleya, həmçinin, mayın 28-də COVID-19 pandemiyasına qlobal reaksiyadan əldə edilmiş dərsləri nəzərə alaraq, Beynəlxalq Səhiyyə Qaydalarına 2005-ci ildə düzəlişlərin razılaşdırılması istiqamətində görülən işləri nəzərdən keçirib. Forum iştirakçıları qaydalara düzəlişlər paketi üzərində işi başa çatdırmaq niyyətində olduqlarını bildiriblər.

Onlar vurğulayıblar ki, yenilənmiş və daha güclü Beynəlxalq Sağlamlıq Qaydalarına dair razılaşma qlobal sağlamlıq təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir.

Eyni zamanda Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının iştirakçıları 11,1 milyard dollar büdcə ilə 2025-2028-ci illər üçün fəaliyyət strategiyasını təsdiqləyiblər.

Bunlara iqlim dəyişikliyinin yaratdığı artan təhlükəyə cavab vermək, xəstəliyin əsas səbəblərini bütün sektorlar üzrə siyasətlərə inteqrasiya etmək, ilkin səhiyyə xidmətinin imkanlarını inkişaf etdirmək, tibbi əhatə dairəsini yaxşılaşdırmaq, sağlamlıq risklərinin qarşısını almaq və sağlamlıqla bağlı fövqəladə hallara sürətlə reaksiya vermək daxildir.

Son xəbərlər

Orphus sistemi