“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana sabah gətiriləcək - YENİLƏNİB

“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana sabah gətiriləcək - YENİLƏNİB Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasının ölkəyə gətiriləcəyi vaxt məlum olub
Sağlamlıq
1 May , 2021 17:44
“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana sabah gətiriləcək - YENİLƏNİB

Rusiyadan alınan “Sputnik V” vaksinlərinin hava limanına gəliş vaxtı dəyişdirilib.

Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.

Belə ki, vaksinlər ölkəyə sabah, mayın 2-də gətiriləcək.

16:29

Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasının ölkəyə gətiriləcəyi vaxt məlum olub.

"Report" xəbər verir ki, vaksinlər Azərbaycana bu gün gətiriləcək.

Qeyd edək ki, bu ilin martın 11-də Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Daha sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Son xəbərlər

Orphus sistemi