Qətərin Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetindən yardım istəyib
Sağlamlıq
- 11 sentyabr, 2014
- 10:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
- Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universiteti Qətərin Səhiyyə Nazirliyi ilə əməkdaşlığa başlayır. Universitetdən Report-a verilən məlumatına görə, Azərbaycanda səfərdə olan Qətərin Səhiyyə Nazirliyinin nümayəndə heyəti bu gün Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovla görüş keçirib.
- Görüş zamanı akademik Ə.Əmiraslanov qonaqlara ATU-nun fəaliyyəti, klinikaları, təhsil pillələri və s. haqqında geniş məlumat verdi.
- Qətər dövlətinin Səhiyyə Nazirliyinin təmsilçiləri də ölkələrində tibb təhsilinin səviyyəsi haqqında məlumat veriblər. Nazir mavini Faleh Mohamed Hussain Ali bildirib ki, Qətərdə ali tibb təhsili verən müəssisə yoxdur: “Qətərdə yalnız tibb kolleci var. Biz bu sahədə ayrıca universitet yaratmaq istəyirik və bu məsələdə sizin məsləhətinizə ehtiyacımız var”.
- ATU rektoru bu məsələdə Qətər tərəfinə yardımçı olacaqlarını bildirib. Gələcəkdə ATU və Qətərin Səhiyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq üçün müqavilənin imzalanacağına dair ilkin razılıq da əldə olunub.
- Səfər çərçivəsində Qətərin Səhiyyə Nazirliyinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin klinikalarına da gedərək, bu müəssisələrin fəaliyyəti ilə tanış olub.
Son xəbərlər
19:16
Mirzoyan: Bəyan edilən sülh regiondan kənardakı ölkələrə də real fayda gətirməlidir
Region
19:02
Londonda ABŞ səfirliyi qarşısında keçirilən aksiyada 300-dən çox şəxs saxlanılıb
Digər ölkələr
18:43
Foto
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Region
18:30
Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanılıb
Region
18:21
İran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə məsləhətləşmələri davam etdirir
Region
18:06
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
17:59
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanılıb
Digər ölkələr
17:43
Rafinya Messinin uğurunu təkrarlayıb
Futbol
17:34
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Region