Səhiyyə Nazirliyi qızılcanın ən çox yoluxuculuq dövrünü açıqlayıb

Səhiyyə Nazirliyi qızılcanın ən çox yoluxuculuq dövrünü açıqlayıb Qızılcanın ən çox yoluxuculuq dövrü kotaral və səpki mərhələsində olur. Piqmentasiya dövründə isə uşaqlar yoluxucu hesab olunmur.
Sağlamlıq
13 Dekabr , 2023 15:22
Səhiyyə Nazirliyi qızılcanın ən çox yoluxuculuq dövrünü açıqlayıb

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova qızılcanın ən çox yoluxuculuq dövrünün kotaral və səpki mərhələsində olduğunu bildirib.

“Report”un xəbərinə görə, o deyib ki, piqmentasiya dövründə uşaqlar yoluxucu hesab olunmur.

G.İsmayılova xatırladıb ki, qızılca yüksək yoluxuculuğu olan virusdur: “Bunun kəskin respirator infeksiyaların simptomları ilə oxşarlıq təşkil edir. Kliniki gedişatına görə kataral, səpki və piqmentasiya dövrünə bölünür. Kataral dövr 4-5 gün çəkir. Bu zaman yüksək hərarət, boğaz ağrısı, halsızlıq və digər hallar müşahidə olunur. Səpkilər qırmızı və xırda ölçülü olur və baş-boyun nahiyəsindən başlayaraq digər yerlərə yayılır. Piqmentasiya dövründə artıq səpkilərin qəhvəyi rəngə çevrilir və qabıqlanma dövrü başlayır. Bu proses də təxminən 8-10 gün çəkir”.

Mütəxəssis qeyd edib ki, qızılcadan qorunmağın ən effektiv üsulu peyvənd vurdurmaqdır: “Peyvənd 1 və 6 yaşında iki doza olmaqla vurulur. Hər iki doza peyvənd vurulubsa 97 % xəstəlikdən ömürlük qorunmaq olar”.

Son xəbərlər

Orphus sistemi