Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) bu sahədə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir.
AQTİ-nin İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən "Report"a verilən məlumata görə, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planının 10.3.4-cü yarımbəndinə uyğun olaraq, AQTİ-nin nəzdində “Qida Təhlükəsizliyi Təlim Mərkəzi” təsis olunmuşdur. Eyni zamanda, sözügedən Dövlət Proqramının 10.3.6-cı yarımbəndinə əsasən, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən kadrların təlimə ehtiyacının qiymətləndirilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar olaraq, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə mütəxəssislərdən ibarət “kadr bankı” yaradılaraq, müxtəlif layihələr və təlimlər vasitəsilə əməkdaşlıq edilməsi planlaşdırılır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Qida Təhlükəsizliyi Təlim Mərkəzi” tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə elmi təminatın və kadr potensialının gücləndirilməsi, eləcə də mütəxəssislərin hazırlanması məqsədilə təlimlər həyata keçiriləcəkdir.
Bu baxımdan, aşağıda qeyd olunan sahələr üzrə peşəkarlar əməkdaşlığa dəvət olunur:
1. Qida məhsullarının təhlükəsizliyi sahəsində:
- Qida mühəndisi;
- Qida texnoloqu;
- HACCP üzrə mütəxəssis;
- İSO 22000 üzrə mütəxəssis;
- Qida mikrobioloqu;
- Qida sənayesinin müxtəlif sahələrində təcrübə;
- Qabaqcıl fəaliyyət kodeksləri üzrə mütəxəssis (GHP, GAP, GMP və s.).
2. Heyvan sağlamlığı sahəsində:
- Baytar həkim;
- Baytar əczaçı;
- Baytar epidemioloq;
- Baytar virusoloq;
- Baytar mikrobioloq;
- Baytar seroloq;
- Baytar parazitoloq;
- Baytar toksikoloq;
- Baytarlıq müfəttişi.
3. Bitki sağlamlığı sahəsində:
- Aqronom entomoloq;
- Aqronom fitopatoloq
- Aqronom virusoloq;
- Aqronom mikoloq;
- Aqronom bakterioloq;
- Aqronom herboloq;
- Aqronom fitohelmintoloq;
- Aqronom bioloq;
- Kimyaçı (bitkiçilik məhsulları, aqrokimyəvi maddələr və pestisidlərin sınağı üzrə);
- Aqrokimyaçı;
- Biokimyaçı;
- Fitosanitar müfəttiş;
- Fumiqasiya mütəxəssisi.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Təlimçi (ekspert) olduğu sahənin adını” qeyd edərək öz anket formalarını (CV)
Müraciət üçün son tarix: 15.09.2020