Qazimizin 24 sm-lik sümük defekti bərpa olunub

Qazimizin 24 sm-lik sümük defekti bərpa olunub Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortopedləri II Qarabağ müharibəsi qazisinin baldırında yaranmış 24 sm-lik sümük defektini bərpa ediblər.
Sağlamlıq
274
13 İyul , 2021 12:00
Qazimizin 24 sm-lik sümük defekti bərpa olunub

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortopedləri II Qarabağ müharibəsi qazisinin baldırında yaranmış 24 sm-lik sümük defektini bərpa ediblər.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov məlumat verib.

Onun sözlərinə görə, bütün dünyada odlu silah yaralanmasından sonrakı geniş sümük defekti rekonstruktiv ortopediyanın aktual problemidir: "Adətən yumşaq toxuma defektləri (dəri, əzələ, vətər) və tez-tez rast gəlinən periferik sinir-damar sistemi yaralanmalarının müalicəsi multidissiplinar yanaşma tələb edir. Müharibə qazisində alt çənəsinin, bud və baldır sümüklərinin odlu silah yaralanmaları olub. Birinci mərhələdə plastik və damar cərrahları ilə birgə çənə sümüyünün tamlığı, ətrafların yumşaq toxuma və dəri defektləri bərpa olundu. İnstitutda yaradılmış ortopedlər qrupu tərəfindən texniki cəhətdən mürəkkəb olan İlizarov üsulu ilə bilokal cərrahi əməliyyat icra olunub. Bu osteosintez üsulu böyük təcrübə və hər iki tərəfdən, yəni həkim və xəstə tərəfdən səbr tələb edir, hansı ki, gündə 1mm-ə qədər bərpa prosesi gedir".

Mütəxəssis bildirib ki, hazırda xəstə özü sərbəst hərəkət edir və tezliklə normal həyata davam edəcək.

İlqar Qasımov
İlqar Qasımov

Son xəbərlər

Orphus sistemi