Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılmasına 14,6 milyon manat ayrılıb

Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılmasına 14,6 milyon manat ayrılıb Bakı. 29 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sağlamlıq
29 Mart , 2018 18:35
Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılmasına 14,6 milyon manat ayrılıb

Bakı. 29 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Qazax Rayon Mərkəzi Xəstəxanasının (I növbə) tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 14,6 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi