Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Sağlamlıq
20 Yanvar , 2022 18:34
Peyvənd olunanların sayı açıqlanıb
0 : 00
0 : 00

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, bir gündə 26 784 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 651, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 514 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 756 566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 208 739, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 723 586, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 824 241 təşkil edir.

Son xəbərlər

Orphus sistemi