Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb Son gün ərzində Azərbaycanda koronavirus əleyhinə 431 vaksin vurulub.
Sağlamlıq
8 Yanvar , 2023 18:14
Peyvənd olunanların sayı açıqlanıb

Son gün ərzində Azərbaycanda koronavirus əleyhinə 431 vaksin vurulub.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata xəbərə görə, bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 243, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 47, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 115, pozitiv nəticədən sonra buster doza üzrə peyvənd olunanların sayı isə 26 nəfərdir.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 13 935 174, birinci mərhələ üzrə pevənd olunanların ümumi sayı 5 398 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 946, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 811, pozitiv nəticədən sonra buster doza üzrə peyvənd edilənlərin sayı isə 264 789 nəfərdir.

Son xəbərlər

Orphus sistemi