Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 872 nəfərdir
Sağlamlıq
22 Aprel , 2021 17:57
Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 077 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 205, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 872 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 381 967, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 917 877, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 464 090 təşkil edir.

Son xəbərlər

Orphus sistemi