Parça maskalardan istifadəyə dair tələblər açıqlanıb - FOTO

Parça maskalardan istifadəyə dair tələblər açıqlanıb - FOTO Ev şəraitində hazırlanmış, təkrar istifadə oluna bilən və beləliklə, daha qənaətli parça maskalardan istifadə etməklə, virusun yayılma sürətinin qarşısını ala bilərik.
Sağlamlıq
9 May , 2020 17:25
Parça maskalardan istifadəyə dair tələblər açıqlanıb - FOTO

Ev şəraitində hazırlanmış, təkrar istifadə oluna bilən və beləliklə, daha qənaətli parça maskalardan istifadə etməklə, virusun yayılma sürətinin qarşısını ala bilərik.

"Report" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. 

Parça maskadan istifadə qaydalarına dair tələblər aşağıdakılardır:

- Sıx və bir neçə qat parçadan olmalı, üzdə rahat oturmalıdır;

- İplə başın arxasında bağlamaqla və ya rezin halqaları qulağın üstündən keçirməklə bərkitmək lazımdır;

- Rahat nəfəs almağa imkan verməlidir;

-Zədələnmədən və forması dəyişilmədən əllə və ya maşında yuyulub ütülənməlidir.

Parça maskadan istifadə zamanı istifadə ilə bağlı nələri bilməliyik:

- 2 metrlik sosial məsafəni təmin etməklə yanaşı, maskadan istifadə edilməlidir;

- Parça maskaların çıxarılması zamanı əl ilə gözə, buruna və ağıza toxunmamalı və maskanı çıxardıqdan dərhal sonra əllər sabunla yuyulmalıdır;

- Həkim və tibb işçilərinin N-95 və digər tibbi maskalara artan ehtiyacı nəzərə alaraq digər insanlara parça maskalardan istifadədə üstünlük verilməsi məsləhət görülür;

- Parça maskaları 6 yaşdan az uşaqlar, nəfəs almaqda çətinlik çəkənlər, huşunu istirmiş, halsız və kömək olmadan maskanı çıxara bilməyən adamların taxmaları məsləhət deyil.

Son xəbərlər

Orphus sistemi