Müştəri “Özsüt”də pizzanın içindən yad cisim çıxdığını iddia edib - YENİLƏNİB

Müştəri “Özsüt”də pizzanın içindən yad cisim çıxdığını iddia edib - YENİLƏNİB Özsüt restoranlar şəbəkəsi müştərinin şikayəti ilə bağlı açıqlama yayıb.
Sağlamlıq
29 Yanvar , 2020 18:03
Müştəri “Özsüt”də pizzanın içindən yad cisim çıxdığını iddia edib - YENİLƏNİB

"Özsüt" restoranlar şəbəkəsi müştərinin şikayəti ilə bağlı açıqlama yayıb.

"Report"a daxil olan açıqlamada deyilir:

"Özsüt" restoranlar şəbəkəsi daim təqdim etdiyi məhsulların və xidmətinin keyfiyyətinin yüksək olması üzərində çalışır. Hər hansı kiçik anlaşılmazlıqlar və ya xoşagəlməz hadisələr zamanı dərhal araşdırmalar aparıb müştərilərə geri dönüş edilir. Eyni şəkildə dünən müştəri tərəfindən gələn şikayətə baxıldı, ilk öncə şöbə rəhbəri ilə əlaqəyə keçdik, iddiaların doğru olmadığını gördükdən sonra rəhbərlik səviyyəsində daxili araşdırmalara keçildi. Kameraların görüntülərinə baxıldı, informasiya toplanıldı. Xanımın bildirdiklərinin heç birinin doğru olmadığı aşkarlandı. Xanım pizzanın yarısından çoxunu yedikdən sonra ofisiantı çağırır və pizzanın üzərindəki qurumuş mazorella pendirinin (pizzanın bişərkən kənarında qalan hissəsindən) bir hissəsi olduğunu bildirir. Xanım pizzanı yeməyə davam edir. Sonda bir dilim qabda saxlanılır, xanım ödənişi edərək kənarlaşır. "Özsüt" olaraq xanıma geri dönüş etdik, mülayim şəkildə məlumatı bildirdik".


*** 11:34

Müştəri “Özsüt” restoranlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən filialından şikayətlənir.

“Report”un məlumatına görə, şikayətini sosial şəbəkə vasitəsilə yayan qadın restoranda yediyi pizzadan kauçuk çıxdığını bildirib.

Onun sözlərinə görə, restoran əməkdaşlarına etirazını bildirsə də, heç bir tədbir görülməyib.

Məsələ ilə bağlı restorandan “Report”a bildirilib ki, şikayət olması barədə İdarə Heyətinə məlumat verilməyib:

“Belə bir hal baş verərsə, müştəridən hesab alınmır”.

Son xəbərlər

Orphus sistemi