KTM: "Ötən ay zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib, 7-si ölüb"

KTM: "Ötən ay zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib, 7-si ölüb" Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib.
Sağlamlıq
1 sentyabr 2022 06:58
KTM: Ötən ay zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib, 7-si ölüb

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onlardan 164-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

Qəbul olan xəstələrdən 74-ü dərmandan, 26-sı sirkə turşusundan, 1-i dəm qazından, 2-si göbələkdən, 11-i etil spirtindən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 2-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Həmçinin onlardan 28-ni ilan, 6-nı isə müxtəlif növ həşəratlar sancıb.

Zəhərlənən şəxslərin 61-i qadın, 77-si kişi, 26-sı uşaq olub.

Həkimlərin səylərinə baxmayaraq, 164 nəfərdən 7-si (3-ü kişi, 4-ü qadın) dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi