Naxçıvanda “Azcake” MMC-nin un məmulatları istehsalı sexində ciddi nöqsanlar aşkarlanıb

Naxçıvanda “Azcake” MMC-nin un məmulatları istehsalı sexində ciddi nöqsanlar aşkarlanıb Naxçıvanda fəaliyyət göstərən “Azcake” MMC-nin un məmulatları istehsalı sexində ciddi nöqsanlar aşkarlanıb.
Sağlamlıq
10 Yanvar , 2025 18:31
Naxçıvanda “Azcake” MMC-nin un məmulatları istehsalı sexində ciddi nöqsanlar aşkarlanıb

Naxçıvanda fəaliyyət göstərən “Azcake” MMC-nin un məmulatları istehsalı sexində ciddi nöqsanlar aşkarlanıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ hüquqi aktların tələblərinə əməl etmədiyi müəyyən edilib. Belə ki, gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tətbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı aşkarlanıb.

Eyni zamanda istifadə olunan xurma və şokolad məhsullarının yaralılıq müddətinin bitdiyi, alət və avadanlıqların vaxtında təmizlənmədiyi, həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də vaxtında aparılmadığı məlum olub.

Nöqsanlarla bağlı müvafiq tapşırıqlar verilib, aradan qaldırılması üçün müəssisənin fəaliyyəti dayandırılıb.

Son xəbərlər

Orphus sistemi