Lənkəranda ilk dəfə İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələrinin açılışı olub

Lənkəranda ilk dəfə İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələrinin açılışı olub Lənkəran Rayon Mərkəzi Xəstəxanasında İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələrinin açılışı olub.
Sağlamlıq
3 Fevral , 2023 13:39
Lənkəranda ilk dəfə İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələrinin açılışı olub

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələrinin açılışı olub.

“Report”un Cənub bürosu xəbər verir ki, adıçəkilən şöbələrdə bölgənin 9 rayonundan olan göndərişli xəstələr qəbul ediləcək.

Şöbədə kardioloji mərkəzlə yanaşı ən müasir tibbi avadanlıqlarla təchiz olunman labarator və radiologiya xidməti fəaliyyət göstərəcək.

Açılış mərasimində iştirak edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib ki, əsas məqsəd vətəndaşlara yaşadıqları əraziyə yaxın tibb müəssisəsində tibbi xidmətlərdən tam şəkildə yararlana bilməsidir: “ürək-damar xəstəlikləri nəinki ölkədə, eləcə də bütün dünyada ölüm riskinə və əlilliyə gətirib çıxaran xəstəliklər sırasında ilk yerdə durur. Cənub bölgəsi, xüsusilə də Lənkəran əhalinin ən sıx yaşadığı ərazilərdəndir. Bu zonada insanlar arasında ürək-damar xəstəliklərinə rastgəlmə riski daha yüksəkdir".

TƏBİB sədri xatırladıb ki, keçən il üçün ürək-damar xəstəlikləri üzrə Lənkəran Rayon Mərkəzi Xəstəxanasından və ətrafda olan xəstəxanalardan Bakı və digər şəhərlərimizə bu xidməti göstərən özəl müəssisələrə 1 749 göndəriş verilib: "Həmin müddət ərzində 187 açıq ürək əməliyyatı həyata keçirilib. Hansı ki, həmin əməliyyatlar regionda icra olunmadığından Bakıda olub. Yeni şöbələrin açılması ilə cənub zonasında yaşayan vətəndaşlar həmin xidmətləri tam şəkildə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əldə edə biləcəklər”.

Xəstəxanada həmçinin, Kompüter Tomoqrafiya (KT) müayinələri, Maqnit-Rezonans Tomoqrafiya (MRT) müayinəsi, eləcə də yenidən qurulmuş labaratoriyanın da açılışı olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev isə qeyd edib ki, artıq cənub regionunun vətəndaşlarının təcili hal olduqda artıq Bakıya gəlməsinə ehtiyac qalmayacaq: "İnsanların daha sağlam və uzun ömür yaşamalarına xidmət göstəriləcək. Yenidən qurulan laboratoriyada genetik analizlərdən başqa bütün analizlərin tam avtomatlaşdırılmış şəkildə aparılması mümkün olacaq. Vətəndaşlar müayinələrin cavablarını isə elektron formada e-Təbib xidmətindən də əldə edə biləcəklər”.

Agentlik sədri ilin sonuna kimi bir neçə regionda da eyni xidmətlərin yaradılmasının planlaşdırıldığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi