KTM: Bayram tətilində 62 nəfər zəhərlənib

KTM: Bayram tətilində 62 nəfər zəhərlənib Bayram günlərində (18.03.2025-ci il tarixindən 31.03.2025-ci il tarixinə qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 62 nəfər qəbul edilib. Onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub.
Sağlamlıq
1 aprel 2025 10:31
KTM: Bayram tətilində 62 nəfər zəhərlənib

Bayram günlərində (18-31 marta qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım (KTM) şöbəsinə 62 nəfər qəbul edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Məlumatda qeyd olunub ki, həmin şəxslərdə ürəkbulanma, qusma və mədə şikayətləri olub. Müraciət edənlərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi