Koronavirusdan necə qorunmaq olar? - TÖVSİYƏLƏR

Koronavirusdan necə qorunmaq olar? - TÖVSİYƏLƏR Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı tövsiyələrini açıqlayıb.
Sağlamlıq
29 Yanvar , 2020 12:22
Koronavirusdan necə qorunmaq olar? - TÖVSİYƏLƏR

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı tövsiyələrini açıqlayıb.  

"Report" tövsiyələri təqdim edir:

1. Özünüzü və başqalarını xəstəlikdən qoruyun

 Əllərinizi yuyun:

• öskürdükdən və asqırdıqdan sonra

• xəstələrə qulluq edərkən

• yemək hazırlayərkən, əvvəl və sonra

• yeməkdən əvvəl

• tualet istifadəsindən sonra

• əllər vizual olaraq çirkli göründükdə

• heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra

2. Əlləri necə yumalı:

• Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun. Əlləriniz çirkli görünməsədə onları spirt tərkibli təmizləyici (dezinfectant) ilə silin.

3. Başqalarını xəstələnmədən qoruyun

• Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün

• İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın

4. Özünüzü xəstələnməkdən qoruyun

- Qida təhlükəsizliyini tətbiq edin

- Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin

- Xəstə və ölü heyvanlar yeyilməməlidir

- Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər

- Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun.

- Gözlərə, burun və ya ağzınıza çirkli əllərlə toxunmayın

- Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin

- Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin

- Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin

- Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin

- İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın

- Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin

- Koronavirus infeksiyası riskini azaldın:

- Ət məhsullarını və yumurtanı tam bişirin

- Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin

Son xəbərlər

Orphus sistemi