Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb

Sağlamlıq
  • 13 iyun, 2026
  • 01:17
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son 24 saat ərzində üç nəfər artaraq 139-a çatıb.

"Report"un xəbərinə görə, bu barədə Konqonun Rabitə və Media ilə İş üzrə Nazirliyi gündəlik bülletenində məlumat verib.

Məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı 689-a çatıb ki, bu da əvvəlki gündən 13 nəfər çoxdur.

Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzləri təmasların izlənməsi nisbəti ilə bağlı narahatlıqlarını bildiriblər. Rəsmi məlumatlara görə, bu, 61 %-dir, lakin mütəxəssislər infeksiyanın yayılmasının qarşısını almaq üçün 95 %-ə çatmağın lazım olduğunu düşünürlər.

Hazırkı epidemiya Konqo Demokratik Respublikasının şərqində mayın 15-də başlayıb. Xəstəliyin episentri İturi əyalətindədir.

44 - Tezliklə