Komitə rəsmisi: “Azərbaycanda hər il azı 20 min abort etdirilir”

Komitə rəsmisi: “Azərbaycanda hər il azı 20 min abort etdirilir” “Azərbaycanda hər il azı 20 min abort etdirilir”.
Sağlamlıq
19 Aprel , 2019 10:59
Komitə rəsmisi:  “Azərbaycanda hər il azı 20 min abort etdirilir”
0 : 00
0 : 00

“Azərbaycanda hər il azı 20 min abort etdirilir”.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Dayanıqlı İnkişaf Məqsədlərinin Uşaqlar üçün Milliləşdirilməsi seminarında çıxışı zamanı deyib.

O bildirib ki, dünyada hər gün 8 min qız uşağı ölür: “Eyni zamanda, dünyada hər il 700 milyon yetkinlik yaşına çatmayan qızlar nikaha cəlb edilir. Biz problemlərdən danışmağa qorxmamalıyıq. Uşaq hüquqlarının müdafiəsi insan hüquqlarının müdafiəsidir. Biz bu problemlərdən danışan zaman kibercinayətlərdən də danışmalıyıq. Bu gün sosial şəbəkələrdə feyk səhifələr yaradılaraq uşaqlarla münasibətlərin qurulması həyata keçirilir. Bu, böyük problemlərdəndir”.

Son xəbərlər

Orphus sistemi