“Çində koronavirusa yoluxma hallarının sayında davam edən artım indi ÜST-nin Avropa regionunda COVID-19 ilə bağlı epidemioloji vəziyyətə ciddi təsir göstərməyəcək”.
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Regionumuzun səfərlərlə bağlı ehtiyat tədbirlər tətbiq edən ölkələrini elmə əsaslanmağa və bu tədbirləri mütənasib və ayrı-seçkiliyə yol vermədən həyata keçirməyə çağırırıq”, - o bildirib.
ÜST-nin regional direktorunun sözlərinə görə, həftəlik epidoloji müşahidə məlumatlarına əsasən, 2022-ci ilin ilk 5 həftəsində 1,2 milyon yoluxma aşkar edilmişdisə, ilin son 5 həftəsində bu rəqəm təxminən 90 min hala düşüb.