Koronavirus yayılan ərazidən Azərbaycana gələnlər harada saxlanılır? - RƏSMİ

Koronavirus yayılan ərazidən Azərbaycana gələnlər harada saxlanılır? - RƏSMİ Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə açıqlama yayıb.
Sağlamlıq
7 Fevral , 2020 09:45
Koronavirus yayılan ərazidən Azərbaycana gələnlər harada saxlanılır? - RƏSMİ

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə açıqlama yayıb.

"Report"a daxil olan məlumata görə, fevral ayının 7-si üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var.

"Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə əlaqəsi olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar evlərinə buraxılacaqlar", - birgə məlumatda bildirilib. 

Qeyd edək ki, ötən gün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 6 nəfər həkim nəzarətində idi.

Son xəbərlər

Orphus sistemi