Kanadanın bir sıra əyalətlərində əsasən uşaqlar arasında olan göy öskürək xəstəliyinə yoluxma hallarının əhəmiyyətli dərəcədə artımı qeydə alınıb.
"Report"un məlumatına görə, bu barədə "The Canadian Press" xəbər yayıb.
Belə ki, Kvebek əyalətində ilin əvvəlindən 11,6 mindən çox xəstəliyə yoluxma halı qeydə alınıb, halbuki 2015-2019-cu illərdə bu rəqəm orta hesabla ildə cəmi 562 hal olub. Ontarioda ilin əvvəlindən bəri 470 nəfər göy öskürəyə yoluxub, halbuki son beş ildə orta hesabla ildə 100 halı keçməyib. Xəstəliyin artması Nyu-Brunsvik əyalətində də qeydə alınıb. Xəstəliyə yoluxanların əksəriyyəti 10-14 yaş arası uşaqlar, yeniyetmələrdir.