Jurnalistlər parlament binasına noutbukla daxil ola biləcəklər

Sağlamlıq
  • 18 iyun, 2020
  • 14:22
Jurnalistlər parlament binasına noutbukla daxil ola biləcəklər

Jurnalistlər Milli Məclisin iyunun 19-da keçiriləcək plenar iclasında iştirak edəcək.

Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Jurnalistlərdən koronavirusa görə sabah parlamentdə olarkən xüsusilə ehtiyatla işləmək xahiş edilir:

"Milli Məclisə daxil olarkən KİV və media üçün ayrılmış zonada çalışarkən fiziki məsafə gözləməniz, tibbi maska və əlcəkdən istifadə etməyiniz vacibdir.

Hər birinizin plenar iclasa noutbukla gəlməyiniz mümkündür".