İsveç dietoloqu ən faydalı və ucuz məhsulların adlarını açıqlayıb

İsveç dietoloqu ən faydalı və ucuz məhsulların adlarını açıqlayıb İsveçin tanınmış dietoloqu Kristina Andersson insan üçün faydalı və ucuz məhsulların adlarını açıqlayıb.
Sağlamlıq
1794
21 Sentyabr , 2020 07:45
İsveç dietoloqu ən faydalı və ucuz məhsulların adlarını açıqlayıb

İsveçin tanınmış dietoloqu Kristina Andersson insan üçün faydalı və ucuz məhsulların adlarını açıqlayıb.

Bu barədə "Report" "Svenska Dagbladet"ə istinadən xəbər verir.

Həkimin sözlərinə görə, meyvə rasionuna ilk öncə soğanı əlavə etmək lazımdır. Çünki onun tərkibində vitaminlər, faydalı maddələr mövcuddur və bakterisid effektə malikdir. Qırmızı soğan xüsusən antioksidləşdiricilərlə zəngindir.

Kristina Andersson qeyd edib ki, kələmə də həmçinin diqqət yönəltməyə dəyər. Çünki  kələm orqanizmi xərçəngdən müdafiə edən maddələri özündə saxlayır. Bu halda mədə problemlərindən əzab çəkən insanlar da kələmdən istifadə etməlidir, amma kələm çiy olmamalıdır.

Bundan əlavə, dietoloq kartof və tərkibində bir çox mineralların olduğu yerköküdən, çuğundurdan, tərəvəzlərdən istifadə etməyi məsləhət görüb.

Son xəbərlər

Orphus sistemi