İnfeksionist: "Virusun qarşısında aciz qalmamaq üçün 3-cü dozanın vurulması mütləqdir"

İnfeksionist: "Virusun qarşısında aciz qalmamaq üçün 3-cü dozanın vurulması mütləqdir" “Bəllidir ki, COVID-19 sürətli mutasiya edə bilən virus növüdür. Rusiyada əhali arasında sürətli yayılan AY.4.2 mutasiyası “Delta” ştamı ilə müqayisədə daha yoluxdurucudur. Lakin xəstəliyin gedişatındakı ağırlığı hələ sübut olunmayıb”.
Sağlamlıq
30 Oktyabr , 2021 16:46
İnfeksionist: Virusun qarşısında aciz qalmamaq üçün 3-cü dozanın vurulması mütləqdir

“Rusiyada əhali arasında sürətli yayılan AY.4.2 mutasiyası koronavirusun “Delta” ştamı ilə müqayisədə daha yoluxdurucudur. Lakin xəstəliyin gedişatındakı ağırlığı hələ sübut olunmayıb”.

Bunu “Report”a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Vüsalə Yaşar deyib.

O bildirib ki, koronavirus əleyhinə vaksin vurduran şəxsin 6 aydan sonra orqanizmindəki immunitet zəifləməyə başlayır: “Belə olan halda xəstəliyin qarşısında aciz qala bilərik. Ona görə də üçüncü dozanın vurulmasını, xüsusilə də risk qrupuna aid şəxslərin vurdurmasını qəti şəkildə tövsiyə edirik. Hətta həkim məsləhətindən sonra dördüncü dozanın da vurdurulması mümkündür”.

TƏBİB rəsmisi qeyd edib ki, virusa yoluxmamaq üçün qoruyucu tədbirlərə əməl olunması vacibdir: “Peyvəndlə yanaşı, insanlar həm də sağlam həyat tərzi yaşamalıdır. Bunun üçün düzgün qidalanmalı, gigiyena qaydalarına riayət edilməli, sosial məsafə saxlanılmalı, qapalı məkanlarda mütləq şəkildə maskadan istifadə olunmalıdır”.

“Azərbaycanda yoluxma sayında artım olsa da, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır. Ölkədə istifadə olunan peyvəndlər yaranan yeni mutasiyalara qarşı effektivdir. Virus əleyhinə vurulan peyvəndlərin çeşidliliyinə görə də şanslı ölkələrdənik. Seçim imkanımız var. Araşdırmalara görə bəzi vaksinlər yeni mutasiyalara qarşı effektivdir. Ancaq hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması, 3-cü doza peyvəndləmənin sürətləndirilməsi zəruridir”, - V.Yaşar əlavə edib.

Son xəbərlər

Orphus sistemi