Koronavirus pandemiyasına, bütövlükdə yoluxucu xəstəliklərə qarşı qorunmaq, orqanizmin immun sistemini gücləndirmək üçün sadə vasitələrdən yararlanmaq olar.
“Report” “Sleep”ə istinadən xəbər verir ki, ABŞ Pensilvania Universiteti immunologiya fakültəsinin direktoru Con Ueri immun sistemi güclü saxlayan ən mühüm amillər arasında yuxu olduğunu qeyd edib. Belə ki, gündə altı saat və daha az yatan insanlar virusa yoluxduqları təqdirdə yeddi saat və daha çox yatanlara nisbətən dördqat çox soyuqdəymə xəstəliyinə tutulurlar.
Həmçinin maqniumun böyük miqdarda olduğu qidaları qəbul etməyin zəruriliyi də qeyd edilir. Belə ki, beyini və bütün orqanizmi rahatladan, yaxşı və sakit yuxuya dəstək verən maqnium həmçinin psixoloji sarsıntıların, həyacanın da öhdəsindən gəlmək üçün səmərəli vasitədir.
“İmmun sistemi birdən-birə gücləndirmək olmaz. Xəstələnəndən sonra vitamin qəbul etmək mənasızdır. Lakin gündəlik həyat tərzinizə müəyyən dəyişikliklər edərək onlara müntəzəm əməl etsəniz, xəstəliklərin artdığı payız mövsümü ərəfəsində immun sisteminizə kömək etmiş olarsınız”, – ekspert vurğulayıb.