İlon Mask COVID-19-dan peyvənd olunmaqdan imtina etdi

İlon Mask COVID-19-dan peyvənd olunmaqdan imtina etdi Koronavirusa görə məhdudiyyətlərə qarşı çıxan “Tesla” korporasiyasının sahibi İlon Mask vaksinin əlçatan olmasından sonra peyvənd olunmaqdan imtina edib.
Sağlamlıq
2289
1 Oktyabr , 2020 05:57
İlon Mask COVID-19-dan peyvənd olunmaqdan imtina etdi
İlon Mask

Koronavirusa görə məhdudiyyətlərə qarşı çıxan "Tesla" korporasiyasının sahibi İlon Mask vaksinin əlçatan olmasından sonra peyvənd olunmaqdan imtina edib.

"Report" xəbər verir ki, bu barədə “Daily Star” bildirib.

Biznesmen öz qərarını o və ailəsinin risk qrupuna aid olmaması ilə izah edib. Jurnalistlərdən biri “Tesla” korporasiyasının sahibinə viruisdan ölüm hallarının sayının arta biləcəyini xatırlatdıqda Mask bildirib ki, "hamı ölür". "Bütün bunlar (epidemiya vəziyyəti-red) ümumiyyətlə insanların irrasionallığına görə mənim bəşəriyyətə inamımı azaltdı", - sahibkar deyib.

Martın əvvəlində “SpaceX” və “Tesla” rəhbəri koronavirusa görə təlaşı kütbeyinlik adlandırıb. Sahibkarın “Twitter”də paylaşılan sözləri bəzi istifadəçiləri təəccübləndirib.

Mask avqustun sonunda planetin üçüncü ən zəngin insanı olub. Ekspertlərin məlumatına görə, avqustun 31-də biznesmenin sərvəti 111,3 milyard ABŞ dollarını ötüb.

Birinci yer əvvəlki kimi "Amazon" şirkətinin rəhbəri Ceff Bezosa məxsusdur. Onun sərvəti 200 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi