İbrahim Məmmədov: "Hazırda koronavirusa yoluxan 15 nəfər var"

Sağlamlıq
  • 13 mart, 2020
  • 17:14
İbrahim Məmmədov: Hazırda koronavirusa yoluxan 15 nəfər var

"Bizim ölkədə virus pandemiya vəziyyətində deyil".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, virusa yoluxanlardan yalnız biri dünyasını dəyişib: "İndiyə qədər 3 nəfər sağalıb".

"Hazırda koronavirusa yoluxan 15 nəfər var", - deyə İbrahim Məmmədov qeyd edib.

İ.Məmmədov bildirib ki, Nazirlər Kabineti yeni qaydalar tətbiq edib: "Ölkədə bir çox kütləvi tədbirlər qadağan olundu. Dəfn istisna olmaqla, yas mərasimləri qadağan edilir. Xüsusi rejimə riayət etməyənlər cəzalandırılacaq. Biz başqa ölkələrlə müqayisədə əlverişli vəziyyəti qoruyub saxlayırıq".