Həkim: “Vegetarian qidalanan insanlarda anemiyalara daha çox rast gəlinir”

Həkim: “Vegetarian qidalanan insanlarda anemiyalara daha çox rast gəlinir” “Vegeterian qidalanan insanlarda anemiyalara daha çox rast gəlinir”.
Sağlamlıq
12 Yanvar , 2022 15:14
Həkim: “Vegetarian qidalanan insanlarda anemiyalara daha çox rast gəlinir”

“Vegetarian qidalanan insanlarda anemiyalara daha çox rast gəlinir”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.

Onun sözlərinə görə, lakin belə şəxslərin sayı çox deyil: “Anemiyanın bir çox səbəbləri var. Bütün bunları müayinə nəticəsində araşdırmaq mümkündür. Anemiyaların bir çox simptomları var və bəziləri də oxşardır”.

Z.Quliyev bildirib ki, saç tökülməsi də simptomlar arasındadır: “Yeriyərkən baş gicəllənməsi, təzyiqin artıq olması, hətta ürək döyüntülərinin çox olması şikayəti ilə kardioloqa müraciət edənlərin çoxunda anemiya aşkarlanır”.

Həkim passiv həyat tərzinin də bu xəstəliyə səbəb ola biləcəyinə diqqət çəkib: “Düzgün qidalanmama da anemiyaya səbəb olur”.

Son xəbərlər

Orphus sistemi