Günəşdə güclü alışma baş verib
Sağlamlıq
- 18 iyun, 2025
- 03:04
Günəşdə X sinifinə aid güclü alışma qeydə alınıb.
“Report”un məlumatına görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
“İyunun 18-də Bakı vaxtı ilə saat 01:49-da Günəş ləkələri qrupunda rentgen diapazonunda 16 dəqiqə davam edən X1.3 alışması qeydə alınıb. Əslində bu, son üç həftədə ilk belə güclü alışmadır”, - institutdan bildirilib.
Günəş alışmaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur.
Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər
Son xəbərlər
09:36
Litvanın Baş naziri aprelin 9-da Azərbaycana səfər edəcək
Xarici siyasət09:35
Farid Talıbov Yaponiyanın Kyoto şəhərinin merini WUF13-ə dəvət edib
Xarici siyasət09:33
Şirvanda kütləvi zəhərlənmə olub
Hadisə09:32
Azərbaycanda dəmiryol vağzallarının layihələndirmə normaları təsdiqlənib
İnfrastruktur09:27
Foto
Naxçıvan Dövlət Universiteti "Study in Azerbaijan" təhsil sərgisində təmsil olunub
Elm və təhsil09:25
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Energetika09:21
Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək ölüb
Hadisə09:17
UEFA Avropa Liqasının 1/4 final mərhələsi: "Betis" Portuqaliyada "Braqa"nın qonağı olacaq
Futbol09:15