Ekspert: "Yaxın on il ərzində dünya daha bir koronavirusla üzləşəcək"

Ekspert: "Yaxın on il ərzində dünya daha bir koronavirusla üzləşəcək" COVID-19 heyvandan insana yoluxan koronavirusların sayca üçüncüsü, lakin sonuncusu deyil.
Sağlamlıq
7 İyul , 2020 13:59
Ekspert: Yaxın on il ərzində dünya daha bir koronavirusla üzləşəcək

"COVID-19 heyvandan insana yoluxan koronavirusların sayca üçüncüsü, lakin sonuncusu deyil".

“Report” “The Strait Times”a istinadən xəbər verir ki, bu barədə Sinqapurdakı Duke – NUS (Sinqapur Milli Universiteti) Tibb Məktəbində Yayılan Yoluxucu Xəstəliklər Proqramının direktoru professor Vanq Linfa bildirib.

Onun dediyinə görə, əvvəlki koronaviruslar 2003-cü ildə yaşanmış kəskin respirator sindromu (SARS) və 2012-ci ildə özünü göstərmiş Yaxın Şərq Respirator Sindromu (Mers) olub. Mers virusunun Səudiyyə Ərəbistanında yayıldıqdan sonra, 2013-cü il dekabr ayında professor Vanq yaxın on il ərzində heyvandan insana keçən yeni koronavirusun üzə çıxacağını bildirmişdi.

Bu xəbərdarlığı ötən axşam NUS tərəfindən keçirilən vebinarda yenidən dilə gətirən ekspert daha bir koronavirusun yaxın on il ərzində yayılacağını qeyd edib: “Koronavirus mütləq yayılacaq. Sual nədədir? Başqa müəmma onun böyük və ya kiçik epidemiya kimi ortaya çıxacağıdır”.

Mers geniş yayılmamaqla yanaşı, üçdə bir kimi yüksək ölüm faizilə yadda qalsa da, Sars daha geniş yayılıb və 10 faizlik ölüm göstəricisinə malik olub. COVID-19 isə geniş yayılmaqla yanaşı müxtəlif ölkələrdə 1 faizdən 10 faizə və daha yüksək ölüm göstəricisini ortaya çıxarıb.

Braziliyada nisbətən qısa müddət ərzində 1,6 milyon sakinin koronavirusa yoluxduğunu xatırladan professor bildirib: “Yarasalar hər yerdə var, Amazon meşələrində xüsusilə çoxdur. Əgər doğrudan da bəxtimiz yoxdursa, koronavirus orada yarasalara yoluxacaq, yarasalar da bu virusu əlamətsiz daşıya bilirlər. Sonra getdikcə başqa heyvanlara və insanlara keçə bilər”.

NUS Sou Sve Sok İctimai Səhiyyə Məktəbində tədqiqatlar rəhbərinin müavini Aleks Koks da dünyada koronavirusa yoluxanların əslində açıqlanan rəqəmdən onqat artıq olduğunu ehtimal edib: “Biz əlamətlər göstərməyən insanların nə qədər olduğunu haradan bilirik?”

Onun fikrincə, gerçək rəqəm yalnız anticisim müayinələri vasitəsilə öyrənilə bilər.

Son xəbərlər

Orphus sistemi