Dünyada meymunçiçəyinə 98 minə yaxın yoluxma qeydə alınıb

Dünyada meymunçiçəyinə 98 minə yaxın yoluxma qeydə alınıb 2024-cü ilin may ayında dünyada ən azı 646 mpoxa (meymunçiçəyi üçün yeni ad) yoluxma halı müəyyən edilib, 15-i ölümlə nəticələnib. 2022-ci ilin yanvar ayından bu günə qədər virusa yoluxanların sayı 97,7 mini keçib.
Sağlamlıq
29 İyun , 2024 23:44
Dünyada meymunçiçəyinə 98 minə yaxın yoluxma qeydə alınıb

2024-cü ilin may ayında dünyada ən azı 646 mpoxa (meymunçiçəyi üçün yeni ad) yoluxma halı müəyyən edilib, 15-i ölümlə nəticələnib. 2022-ci ilin yanvar ayından bu günə qədər virusa yoluxanların sayı 97,7 mini keçib.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunub ki, 1 yanvar 2022-ci il tarixindən 31 may 2024-cü il tarixədək 116 ölkə, ərazi və regiondan 97 745 laborator təsdiqlənmiş mpox hadisəsi, o cümlədən 203 ölüm faktı ÜST-ə bildirilib.

Bu ilin mayın 1-dən mayın 31-dək 26 ölkədə 646 yeni mpox yoluxma halı müəyyən edilib ki, bu da aprel ayı ilə müqayisədə 2,3% azdır.

May ayı ərzində ən çox hal ÜST-nin üç regionunda - Afrika (bütün yoluxma hallarının 43,5%-i), Avropa (21,8%) və Amerikada (20,4%) qeydə alınıb. Mayın 31-nə olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma halı ABŞ-da (32 961) qeydə alınıb.

Sonrakı onluqda Braziliya (11 212), İspaniya (8 030), Fransa (4 249), Kolumbiya (4 238), Meksika (4 109), Böyük Britaniya (3 952), Almaniya (3 847), Peru (3 812) və Çin (3 812) qərarlaşıb. Ümumilikdə halların 81%-i bu ölkələrin payına düşür. 2022-ci ilin əvvəlindən virusa yoluxanların böyük əksəriyyəti (96,4%) 29-41 yaş arası kişilərdir.

Son xəbərlər

Orphus sistemi