Dünyada koronavirusa yoluxanların sayı 120 milyona çatır

Dünyada koronavirusa yoluxanların sayı 120 milyona çatır Dünyada COVID-19-a yoluxanların sayı 119,96 milyon nəfəri ötüb
Sağlamlıq
17 Mart , 2021 03:07
Dünyada koronavirusa yoluxanların sayı 120 milyona çatır

Dünyada COVID-19-a yoluxanların sayı 119,96 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 119 960 700 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 656 822 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 327 255 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 6 668 pasiyent təhlükəli infeksiyadan ölüb.

Son 24 saat ərzində infeksiyaya yoluxanların 41 faizindən çoxu Avropanın (135 239), daha sonra Şimali və Cənubi Amerika (110 481), ardından isə Cənub-Şərqi Asiyada (36 182) qeydə alınıb.

ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.

Dünyada ən çox yoluxma halı ABŞ (29 155 892), Hindistan (11 409 831) və Braziliyada (11 483 370) və Rusiyada (4 409 438) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi