Dünyada koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü

Dünyada koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü Dünyada koronavirusdan ölənlərin sayı 1 100 364 nəfərə çatıb.
Sağlamlıq
1152
16 Oktyabr , 2020 21:52
Dünyada koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 1 100 364 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ayrı-ayrı ölkələrin statistikaları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, dünyada COVID-19-a 39 068 667 insan yoluxub. Bununla yanaşı, təhlükəli infeksiyadan 26 950 302 pasiyent sağalıb.

Dünyada COVID-19-dan ən çox ölüm ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda koronavirusdan 217 987 insan ölüb. Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Bu ölkədə 152 460 insan virusun qurbanı olub. Hindistanda bu rəqəm 112 161 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi