Dünyada koronavirusa yoluxanların sayı 600 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 600 milyon nəfəri ötüb Dünyada COVID-19-a yoluxma hallarının sayı 600 milyonu ötüb.
Sağlamlıq
4 Sentyabr , 2022 04:49
Dünyada koronavirusa yoluxanların sayı 600 milyon nəfəri ötüb

Dünyada COVID-19-a yoluxma hallarının sayı 600 milyonu ötüb.

Bu barədə “Report” ayrı-ayrı ölkələrin koronavirusa yoluxma üzrə ümumiləşmiş statistikasına istinadən xəbər verir.

Məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 609 714 195 nəfərə, təhlükəli virusdan ölənlərin sayı isə 6 502 043-ə çatıb.

Bununla yanaşı, pandemiya ərzində 586 010 702 insan COVID-19-dan sağalıb.

Dünyada kooronavirusa ən çox yoluxma ABŞ-da (96 581 002), Hindistanda (44 449 726), Fransada (34 564 246), Braziliyada (34 505 351), Almaniyada (32 247 828), Böyük Britaniyada (23 521 792) və digər ölkələrdə qeydə alınıb.

ABŞ həm də dünyada COVID-19-dan ölüm sayına görə birincidir – 1 072 673 nəfər. Siyahıda ikinci yerdə Braziliya (684 334), üçüncü yerdə Hindistan (527,965), dördüncü yerdə qonşu Rusiya (384 624 ölüm), beşinci yerdə Meksika (329 572) qərarlaşıb.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi