Dizüstə oturmaq sağlamlığa xeyirdir - ARAŞDIRMA

Dizüstə oturmaq sağlamlığa xeyirdir - ARAŞDIRMA Tanzaniyanın şimalında yaşayan hadza xalqının qeyri-adi həyat tərzi alimləri oturuş ilə bağlı hipotezə sövq edib: oturmaq faydalıdır, əsas odur ki, bunu düzgün edəsən.
Sağlamlıq
11 Mart , 2020 11:01
Dizüstə oturmaq sağlamlığa xeyirdir - ARAŞDIRMA

Tanzaniyanın şimalında yaşayan hadza xalqının qeyri-adi həyat tərzi alimləri oturuş ilə bağlı hipotezə sövq edib: oturmaq faydalıdır, əsas odur ki, bunu düzgün edəsən.

“Report” xəbər verir ki, araşdırmanı ABŞ-ın Kaliforniya Universitetinin alimləri aparıb.

Tədqiqatçılar hadza xalqının nümayəndələrinin əsasən müasir yığıcı və ovçudan ibarət olduğunu və bu səbəbdən gündəlik ortalama 9,9 saat oturduqlarını aşkarlayıblar. Müqayisə üçün amerikalı gündəlik ortalama 6,4, yeniyetmələr isə 8,2 saatadək oturur.

Çağdaş toplumda oturaq həyat tərzi ürək-damar xəstəliyi riskinin başlıca faktorlarından biri sayılır. Ancaq bununla belə, hadza xalqı bundan heç cür təsirlənməyib: az hərəkətli insanlara xas olan qanda xolesterin və ya triqliserid səviyyəsi kimi biogöstəricilər onlarda normada qalıb.

Araşdırmaçılar hadzaların “aktiv” oturduqlarına diqqət yetiriblər: onlar ya çömələrək, ya dizüstə, ya da yarımçıq uzanaraq otururlar. Tədqiqatçıların sözlərinə görə, bu, əzələ və bağlar üçün gərəkli yüklənməni təmin edir. 

Son xəbərlər

Orphus sistemi