Dağınıq skleroz üçün hüceyrə terapiyası sınaqlarının ilk mərhələsi sınaqdan keçirilib

Dağınıq skleroz üçün hüceyrə terapiyası sınaqlarının ilk mərhələsi sınaqdan keçirilib Beynəlxalq həkimlər komandası klinik sınaqların birinci mərhələsində sübut edib ki, dağınıq sklerozlu xəstələrin beyninə kök hüceyrələrin yeridilməsi xəstələrin həyatı üçün təhlükəsizdir və eyni zamanda mərkəzi sinir sisteminin degenerasiyasını əhəmiyyətl
Sağlamlıq
28 Noyabr , 2023 03:28
Dağınıq skleroz üçün hüceyrə terapiyası sınaqlarının ilk mərhələsi sınaqdan keçirilib

Beynəlxalq həkimlər komandası klinik sınaqların birinci mərhələsində sübut edib ki, dağınıq sklerozlu xəstələrin beyninə kök hüceyrələrin yeridilməsi xəstələrin həyatı üçün təhlükəsizdir və eyni zamanda mərkəzi sinir sisteminin degenerasiyasını əhəmiyyətli dərəcədə ləngidir.

"Report"un məlumatına görə, bu barədə Britaniyanın Kembric Universitetinin mətbuat xidməti məlumat yayıb.

Professor Stefano Plukino hüceyrə terapiyasının xəstələr üçün təhlükəsiz olduğunu və bununla bağlı faydalı təsirlərin 12 aydan çox davam etdiyini söyləyib: “Bu o deməkdir ki, biz klinik sınaqların növbəti mərhələsinə keçə bilərik”.

Mütəxəssislər bu qənaətə alimlərin sürətlə irəliləyən dağınıq sklerozun ağır formalarından əziyyət çəkən könüllülərin beyninə xüsusi kök hüceyrələrin kulturalarını yeritdiyi klinik sınaqların bir hissəsi kimi gəliblər. Xüsusiyyətlərinə görə, onlar embrion beynin formalaşmasında iştirak edən hüceyrələrə bənzəyirdilər və yetkin sinir toxumalarında da az miqdarda mövcuddurlar.

Həkimlər könüllülərin beyninə 5 milyondan 24 milyona qədər kök hüceyrə yeridiblər və sonra bir il ərzində bu hüceyrə inyeksiyalarının xəstələrin vəziyyətinə necə təsir etdiyini müşahidə ediblər. Toplanmış məlumatlar göstərib ki, terapiya könüllülərdə ciddi və yan təsirlərə səbəb olmayıb, bununla yanaşı xəstələrin əksəriyyətinin vəziyyəti sabitləşib.

Son xəbərlər

Orphus sistemi