Bu il Azərbaycanda 1 418 əkiz, 75 üçəm doğulub

Bu il Azərbaycanda 1 418 əkiz, 75 üçəm doğulub Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 50239 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4-dən 12,1-ə qədər artmışdır.
Sağlamlıq
18 İyul , 2022 11:45
Bu il Azərbaycanda 1 418 əkiz, 75 üçəm doğulub

Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkə üzrə 50 239 doğulan körpə qeydə alıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4-dən 12,1-ə qədər artıb.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1 418, üçəm doğulanların sayı isə 75 olub.

Son xəbərlər

Orphus sistemi