Səhiyyə Nazirliyi: Bu il 18 yaşdan yuxarı əhalinin 74%-i tibbi müayinələrdən keçirilib

Səhiyyə Nazirliyi: Bu il 18 yaşdan yuxarı əhalinin 74%-i tibbi müayinələrdən keçirilib Bu il ərzində respublikada 18 yaşdan yuxarı əhalinin 74%-i tibbi müayinələrdən keçirilib.
Sağlamlıq
30 Dekabr , 2019 14:27
Səhiyyə Nazirliyi: Bu il 18 yaşdan yuxarı əhalinin 74%-i tibbi müayinələrdən keçirilib

"Bu il ərzində respublikada 18 yaşdan yuxarı əhalinin 74%-i tibbi müayinələrdən keçirilib".

"Report"un xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov Nazirlikdə keçirilən geniş tərkibli kollegiya iclasında çıxışında deyib.

Onun sözlərinə görə, müraciət edənlərin 279 min nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb: "Onlardan 21 min nəfər hospitalizə olunub, 56 minə yaxın şəxs dispanser nəzarətinə alınıb, 1 milyon 800 mindən çox insan əlavə müayinələrə cəlb olunub, 99 mindən çox insan sağlamlaşdırılaraq dispanser qeydiyyatdan çıxarılıb".

G.Poladov bildirib ki, ümumilikdə, 2019-cu il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan artıq müraciət olub, 712 min xəstə stasionar müalicəyə cəlb edilib. Cari ildə 8 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib.

Son xəbərlər

Orphus sistemi