Bu il Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb

Bu il Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb Esmira Alməmmədova: “1987-ci ildən bu günə kimi Azərbaycanda İİV-ə yoluxan insanların sayı 6293 nəfər olub”
Sağlamlıq
19 May , 2017 11:22
Bu il Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
Report.az

Bakı. 19 may. REPORT.AZ/ “1987-ci ildən bu günə kimi Azərbaycanda İİV-ə yoluxan insanların sayı 6293 nəfər olub. Bu ilin birinci rübünün sonuna olan statistikaya görə isə 108 nəfər İİV-ə yoluxan şəxs qeydə alınıb”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

Onun sözlərinə görə, bu ilin üç ayında İİV-ə yoluxan 108 nəfərdən 107-si Azərbaycan vətəndaşıdır: “İİV-ə yoluxma hallarının 46 faizini inyeksion narkotik istifadəçiləri təşkil edir. Cinsi yolla yoluxan xəstələrin sayı da artıb. İİV-ə yoluxanların 73 faizi kişilər, 27 faizi qadınlardır”.

O bildirib ki, hazırda Azərbaycanda İİV-lə yaşanların sayı 2629 nəfərdir. Bu xəstəlikdən 828 nəfər vəfat edib.

Son xəbərlər

Orphus sistemi