Bu il Azərbaycanda 22 nəfərə böyrək köçürülüb, 12 sümük iliyi transplantasiyası aparılıb

Bu il Azərbaycanda 22 nəfərə böyrək köçürülüb, 12 sümük iliyi transplantasiyası aparılıb Bakı. 28 dekabr. REPORT.AZ/ İlin əvvəlindən indiyədək 22 nəfərə dövlət hesabına böyrək köçürülüb, 114 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb.
Sağlamlıq
28 Dekabr , 2018 17:05
Bu il Azərbaycanda 22 nəfərə böyrək köçürülüb, 12 sümük iliyi transplantasiyası aparılıb
0 : 00
0 : 00

Bakı. 28 dekabr. REPORT.AZ/ "İlin əvvəlindən indiyədək 22 nəfərə dövlət hesabına böyrək köçürülüb, 114 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb".

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov kollegiya iclasında deyib.

O bildirib ki, bu il 12 sümük iliyi transplantasiyası aparılıb, onlardan 2 nəfər kəskin leykoz, digər 10 nəfər isə böyük beta-talassemiya xəstəsi olub: “Bu il dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub, onlardan 246-sı uşaqlardır. Xəstələrə 1686 angioqrafiya müayinəsi aparılmış və onlardan 633 nəfərə angioplastika əməliyyatı icra olunub”.

Şöbə müdiri əlavə edib ki, son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb: “Ümumilikdə, bu il 280 mindən çox xəstəyə ən müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib”. 

Son xəbərlər

Orphus sistemi