Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb - YENİLƏNİB

Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb - YENİLƏNİB Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlarımız vaksinasiyaya cəlb olunacaq
Sağlamlıq
22 Mart , 2021 11:07
Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb - YENİLƏNİB

Azərbaycanda 40 yaş yuxarı vətəndaşların vaksinasiyasına başlanılıb.

"Report" xəbər verir ki, artıq vətəndaşlar peyvənd olunmaq üçün xəstəxanalara müraciət edib.

Qeyd edək ki, vaskinasiya prosesi könüllülük prinsipi ilə aparılır.

08:00

Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunacaq.

“Report”un məlumatına görə, bu yaş kateqoriyası üzrə vətəndaşların peyvənd olunmasına start veriləcək.

Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 482 664 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.

Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib.

Son xəbərlər

Orphus sistemi