Braziliyanın Səhiyyə naziri COVID-19-a yoluxdu

Braziliyanın Səhiyyə naziri COVID-19-a yoluxdu Həkimlər Braziliyanın Səhiyyə Naziri Eduardo Pazuelloda COVID-19 testinin cavabının pozitiv çıxdığını açıqlayıblar.
Sağlamlıq
820
21 Oktyabr , 2020 21:27
Braziliyanın Səhiyyə naziri COVID-19-a yoluxdu
Eduardo Pazuello

Həkimlər Braziliyanın Səhiyyə Naziri Eduardo Pazuelloda COVID-19 testinin cavabının pozitiv çıxdığını açıqlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Estadao" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, bu məlumatı nazirin köməkçisi də təsdiqləyib.

Pazuellonun karantinə getdiyi qeyd olunur.

Bundan əvvəl Almaniyanın Səhiyyə Naziri Yens Şpahn da COVID-19-a qarşı verdiyi testlər müsbət nəticəsini vermişdi.

Son xəbərlər

Orphus sistemi