Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarixi açıqladı

Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarixi açıqladı COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq.
Sağlamlıq
20 Sentyabr , 2020 20:50
Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarixi açıqladı
Bill Qeyts

COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq.

"Report" xəbər verir ki, bu fikri "Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində səsləndirib.

Bill Qeytsə ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütövlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib. "Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək“, - o suala cavabında bildirib.

"Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizə göstəriciləri (infeksiyanın yayılması-red) aşağı salmaq lazımdır.

Allaha şükür ki, peyvəndi inkişaf etdirmə texnologiyaları artıq mövcuddur, maliyyə işi alındı ​​və şirkətlər ən yaxşı mütəxəssislərini təmin etdilər. Bu səbəbdən nikbinəm ki, bütün bunlar əbədi qalmayacaq", - o deyib.

Onun hesablamasına görə, dünyada pandemiya zamanı peyvəndləmə səviyyəsi əvvəlki 20 ildə əldə olunan irəliləyişi məhv edərək, 14 faiz azalıb. Bill Qeyts Birləşmiş Ştatların "inkişaf etməkdə olan ölkələr üçün peyvəndlərin alınmasına kömək etməkdə özünü göstərə bilməməsindən məyus olduğunu dilə gətirib.

Son xəbərlər

Orphus sistemi