Baş nazirin müavini: "Gələcəkdə bütün komponentləri özümüz istehsal etməklə dərmanlar hazırlayacağıq" - ƏLAVƏ OLUNUB

Baş nazirin müavini: "Gələcəkdə bütün komponentləri özümüz istehsal etməklə dərmanlar hazırlayacağıq" - ƏLAVƏ OLUNUB "Ölkə daxilində dərman preparatlarının istehsal edilməsinə ehtiyac var"
Sağlamlıq
17 Yanvar , 2017 12:54
Baş nazirin müavini: Gələcəkdə bütün komponentləri özümüz istehsal etməklə dərmanlar hazırlayacağıq - ƏLAVƏ OLUNUB

Yevlax. 17 yanvar. REPORT.AZ/  "Gələcəkdə Azərbaycanda bütün komponentləri istehsal etməklə dərman preparatları hazırlanacaq". 

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib. 

Onun sözlərinə görə, Azərbaycanda dərman preparatlarını istehsal etmək üçün zavodlar qurulur və həmin zavodlar yaxın zamanda dərman istehsalına başlayacaq: "Bu gün Azərbaycanda istifadə olunan dərmanların əksəriyyəti xaricdən gətirilir ki, bu da böyük valyuta tələb edir. Milli sağlamlığın təmin olunması baxımından ölkə daxilində dərman preparatlarının istehsal edilməsinə ehtiyac var. Yaxın zamanlarda Azərbaycanda istifadə olunan dərman preparatlarının əhəmiyyətli bir hissəsi istehsal olunacaq. Əlbəttə, bu istehsal lazım olan tərkibin kənardan gətirilməsi vasitəsilə olacaq. Lakin zaman keçdikcə yəqin ki, gələcəkdə biz bütün komponentləri özümüz istehsal etməklə dərmanlar hazırlayacağıq".

Son xəbərlər

Orphus sistemi