Baş nazirin müavini: "Bizə bəzi dərmanların apteklərdə olmaması ilə bağlı məlumatlar daxil olur"

Baş nazirin müavini: "Bizə bəzi dərmanların apteklərdə olmaması ilə bağlı məlumatlar daxil olur" "Bir tərkibdə müxtəlif adlarda dərmanlar var"
Sağlamlıq
126
21 Noyabr , 2015 11:38
Baş nazirin müavini: Bizə bəzi dərmanların apteklərdə olmaması ilə bağlı məlumatlar daxil olur

Bakı. 21 noyabr. REPORT.AZ/ "Bizə bəzi dərmanların apteklərdə olmaması ilə bağlı məlumatlar daxil olur. Bununla bağlı işlər aparılır. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, tərkib baxımından deyil, ad baxımından söhbət gedir".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) sədrinin və baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, hazırda tapılmayan dərmanlar əslində tərkibi eyni olsa da, apteklərdə başqa adla satılır: "Bir tərkibdə müxtəlif adlarda dərmanlar var. Sadəcə, ayrı-ayrı dərman firmalarının olduğundan adları fərqlidir. İnsanlar müəyyən dərman adlarına öyrəşiblər, digər adlara isə ehtiyatla yanaşırlar. Demək istəyirəm ki, lazımi dərman preparatları apteklərdə var. Adla bağlı problem getdikcə aradan qalxacaq. İnsanlar dərmanların qiymətinin aşağı düşməsindən məmnundurlar".

Son xəbərlər

Orphus sistemi