Bakıda bazarda yumurtadan kütləvi zəhərlənmə olub

Bakıda bazarda yumurtadan kütləvi zəhərlənmə olub Bakıda Meyvəli bazarda kütləvi zəhərlənmə olub.
Sağlamlıq
182
17 İyul , 2019 13:54
Bakıda bazarda yumurtadan kütləvi zəhərlənmə olub

Bakıda "Meyvəli" bazarda kütləvi zəhərlənmə olub. 

"Report" xəbər verir ki, hadisə yerinə təcili yardım maşınları cəlb olunub.

Səhiyyə Nazirliyindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10.14 daxil olub. 

Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) çatdırıblar. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib.

Təcili Tibbi Yardım briqadası həmin 3 nəfəri də Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə aparıb.

Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. 

Nazirlikdən bildirilib ki, hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Onların vəziyyətləri orta-ağırdır.

Son xəbərlər

Orphus sistemi